Amerikanın Suriyadakı bazasına hücum olub

Digər ölkələr
  • 11 iyul, 2021
  • 13:20
Amerikanın Suriyadakı bazasına hücum olub

Naməlum şəxslər ABŞ-ın Suriyadakı hərbi bazasına hücum ediblər.

"Report" "TASS"a istinadən xəbər verir ki bu barədə Al-Hadath televiziyası məlumat yayıb.

Bildirilir ki, bu artıq bir gündə ikinci dəfə Suriyadakı bir Amerika bazasına hücumdur.

"Hücum Suriyanın Deyr əz-Zor vilayətindəki Konoko neft və qaz yatağı yaxınlığında yerləşən ABŞ bazasına yönəldilib. Söhbət Suriyanın şimal-şərqindəki, Konoko ilə yanaşı, böyük El-Omar neft yatağının olduğu neft daşıyan bölgədə təchiz olunmuş ən böyük Amerika bazasından gedir."-məlumatda qeyd edilir.