Yuxarı
    Bağlamaq

    ABŞ əhalisi bu gün ölkənin yeni prezidentini seçəcək

    Prezident postuna demokrat Hillari Klinton və respublikaçı Donald Tramp iddia edir

    Bakı. 8 noyabr. REPORT.AZ/ Çərşənbə axşamı Birləşmiş Ştatlarda ümumi seçkilər keçiriləcək.

    "Report" xəbər verir ki, amerikalılar ölkəyə yeni prezident və vitse-prezident, eləcə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün heyətini və Senatın üçdə bir hissəsini, 12 ştatın qubernatorunu və bir sıra şəhərlərin merini seçməli olacaqlar.

    ABŞ prezidenti postuna Demokratlar Partiyasından sabiq dövlət katibi Hillari Klinton, Respublikaçılar Partiyasından isə iş adamı Donald Tramp iddia edir.

    Sorğulara əsasən, amerikalılar öz üstünlüklərini daha çox Klintona verirlər. O qalib gələrsə, Ağ Evə rəhbərlik edən ilk qadın kimi ABŞ tarixinə düşəcək. Lakin intriqa son dəqiqələrə qədər qalmaqdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi