Amerikalı politoloqlar Trampı Putinlə görüşə çağırıblar

Amerikalı politoloqlar Trampı Putinlə görüşə çağırıblar Bakı. 29 may. REPORT.AZ/ Amerikalı politoloqlar Ağ Evin saytında ABŞ-Rusiya sammitinin zəruriliyi haqqında petisiya təşəbbüsü ilə çıxış ediblər.
Digər ölkələr
29 May , 2018 07:20
Amerikalı politoloqlar Trampı Putinlə görüşə çağırıblar

Bakı. 29 may. REPORT.AZ/ Amerikalı politoloqlar Ağ Evin saytında ABŞ-Rusiya sammitinin zəruriliyi haqqında petisiya təşəbbüsü ilə çıxış ediblər.

"Report"un məlumatına görə, bu barədə "İzvestiya" xəbər verib.

Xəbərdə bildirilir ki, təşəbbüsün müəllifləri Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanskiy, Respublikaçılar Partiyasının müşaviri Ceyms Catras, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Rey Makqoverndir.

Əgər petisiya iyunun 20-dək 100 min imza toplasa, Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış etməlidir. Qeyd edilir ki, petisiyada dünyanın bütün ölkələrindən imza vermək mümkündür.

Ekspertlər bu qənaətə gəliblər ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı gərginliyi azaltmaq üçün danışıqlar aparmalıdırlar.

Politoloqlar Trampı qarşılıqlı təhlükəsizliklə bağlı etibarlı razılaşmaların axtarışı üçün Rusiya lideri ilə birbaşa dialoqa başlamağa çağırıblar. 

Son xəbərlər

Orphus sistemi