Amerikalı məşhur aktyor hotel otağında ölü tapılıb

Digər ölkələr
  • 10 yanvar, 2022
  • 06:28
Amerikalı məşhur aktyor hotel otağında ölü tapılıb
Bob Saget

ABŞ-ın məşhur aktyoru Bob Saget Florida ştatının Orlando şəhərində qaldığı hotel otağında ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə ştatın Orinc dairəsinin Polis İdarəsi məlumat yayıb.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Məlumata görə, B.Saget ölümündən bir gün əvvəl Floridanın Ponte şəhərində pərəstişkarları ilə görüşüb. Görüşdə xeyli insan iştirak edib. O, görüşlə bağlı sosial şəbəkədə xoş sözlər yazmışdı.

Qeyd edək ki, B.Saget dünyada “Full house” serialında oynadığı baş rolla məşhurlaşıb.

44 filmi