"Əş-Şabab" qruplaşmasının liderlərindən biri Somalidə məhv edilib

"Əş-Şabab" qruplaşmasının liderlərindən biri Somalidə məhv edilib Adnan Qaraarın da olduğu bir neçə "əş-Şabab" üzvü raket zərbəsi nəticəsində öldürülüb
Digər ölkələr
14 Mart , 2015 05:34
Əş-Şabab qruplaşmasının liderlərindən biri Somalidə məhv edilib

Bakı. 14 mart. REPORT.AZ/ ABŞ xüsusi xidmət orqanlarının səyləri nəticəsində terrorçu "əş-Şabab" qruplaşmasının liderlərindən biri Somalidə qətlə yetirib.

"Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, Adnan Qaraar adlı bu şəxs 2013-cü ildə Keniyanın paytaxtı Nayrobi şəhərində 67 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilatçısı hesab olunurdu.

Bildirilir ki, aralarında Qaraarın da olduğu bir neçə "əş-Şabab" üzvü raket zərbəsi nəticəsində öldürülüb.

Qeyd edək ki, ABŞ hərbçiləri yanvarın sonunda oxşar üsulla "əş-Şabab" qruplaşmasının kəşfiyyat bölməsinin rəhbəri Yusif Dikanı məhv etmişdi.

Son xəbərlər

Orphus sistemi