Alyaskada iki hərbi helikopter qəzaya uğrayıb
Digər ölkələr
- 28 aprel, 2023
- 02:09
ABŞ-nin Alyaska ştatında iki hərbi helikopter qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri bazasının nümayəndəsi Elmendorf-Riçardsona istinadən “Associated Press” (AP) məlumat yayıb.
Onun sözlərinə görə, iki AH-64 “Apache” helikopteri Hili kəndi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. AP-nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdilər.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Xilasedicilər hadisə yerində işləyirlər.
Son xəbərlər
03:22
Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
Digər ölkələr02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47
Düşənbədə insanları qəsdən İİV-ə yoluxduran 10 nəfər saxlanılıb
Digər ölkələr01:18
"Liverpul" "Barselona"nın 60 milyon avroluq müdafiəçisini transfer etmək istəyir
Futbol00:44
Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
Digər ölkələr00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50