Yuxarı

Alp dağlarında beş məktəblinin axtarışı davam etdirilir

Kəskin hava şəraiti, güclü külək və duman xilasedicilərin işini çətinləşdirir

Bakı. 13 yanvar. REPORT.AZ/ Alp dağlarında baş verən qar uçqunu nəticəsində itkin düşən beş məktəblinin axtarışı davam etdirilir. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Le Dez Alp kurort mərkəzinin yaxınlığında 10 şagird və bir müəllimdən ibarət qrup qar uçqununun altında qalıb.

Uçqun altından çıxarılan bir məktəbli dünyasını dəyişib, daha üç uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Kəskin hava şəraiti, güclü külək və duman xilasedicilərin işini çətinləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi