Almaniyaya sığınan ukraynalılar Naxış Gününü qeyd ediblər

Digər ölkələr
  • 23 may, 2023
  • 17:08
Almaniyaya sığınan ukraynalılar Naxış Gününü qeyd ediblər

Almaniyanın Bonn şəhərində Ukraynanın milli geyim festivalı olan Naxış Günü qeyd edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, festival “Bonnda Ukraynalılar” cəmiyyətinin təşkilatçılığı ilə qədim bələdiyyə binasının qarşısındakı meydanda baş tutub.

Festivalda iştirak edənlər bir-birindən maraqlı və rəngarəng naxışlarla bəzədilmiş geyimləri nümayiş etdiriblər.

Şənlikdə Ukrayna vətəndaşı olan azərbaycanlılar da iştirak ediblər. Onlardan Arzu Süleymanova bildirib ki, festivalın əsas məqsədi insanları müharibənin ağrı-acısından bir qədər uzaqlaşdırmaq, alman cəmiyyətini Ukrayna mədəniyyəti ilə tanış etməkdir.

A.Süleymanovanın sözlərinə görə, festivalda ailə üzvlərini, xüsusilə həyat yoldaşlarını itirən qadınlar iştirak ediblər: “Sağ olsun, Almaniya bizlərə hər cür dəstək verir. Müharibənin dəhşətlərini unutmağımız mümkün deyil, ancaq bu, bizlərə psixoloji olaraq az da olsa kömək olur”.

Festival ukraynalı musiqiçilərin ifaları ilə davam edib.

44 - Tezliklə