Almaniya xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Suriyanın paytaxtı Dəməşqdədir.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) "X" hesabında yazıb.
Ali nümayəndə XİN başçılarının Aİ-ni təmsil etdiklərini vurğulayıb.
K.Kallas Suriyanın yeni rəhbərliyinə mesajlarını da qeyd edib:
"Regional aktorlarla razılaşdırılmış prinsiplərə hörmət etmək və bütün mülki şəxslərin, eləcə də azlıqların müdafiəsini təmin etmək son dərəcə vacibdir".
Today, @ABaerbock and @jnbarrot are in Damascus, representing the EU, and on my behalf.
Our message to Syria’s new leadership: respecting the principles agreed with regional actors and ensuring the protection of all civilians and minorities is of the utmost importance. https://t.co/oocVIE6M52
Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Dəməşqə gedir.
"Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Almaniya XİN başçısı fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya gedir.
O, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcək.
“Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib.
Almaniya XİN başçısı Suriya ilə bağlı qarşıya qoyulan qoyulan hədəfdən də danışıb:
“İndi qarşımızda milyonlarla suriyalının da arzuladığı bir məqsəd var. Bu, Suriyanın yenidən beynəlxalq ictimaiyyətin hörmətli bir üzvünə çevrilməsidir”.
Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini deviriblər.