Almaniyanın vitse-kansleri koronavirusa yoluxub

Digər ölkələr
  • 13 iyul, 2022
  • 19:10
Almaniyanın vitse-kansleri koronavirusa yoluxub

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek koronavirusa yoluxub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Habekin koronavirus üçün verdiyi testin cavabı müsbət çıxıb.

Nazirdə soyuqdəymə əlamətləri var və özünü təcrid edib.