Almaniyanın səhiyyə naziri dövlətləri ÜST-yə ianələri artırmağa çağırıb

Almaniyanın səhiyyə naziri dövlətləri ÜST-yə ianələri artırmağa çağırıb O, pandemiya ilə mübarizə üçün beynəlxalq sazişin yaradılmasını təklif edib
Digər ölkələr
24 May , 2021 10:50
Almaniyanın səhiyyə naziri dövlətləri ÜST-yə ianələri artırmağa çağırıb

Almaniyanın səhiyyə naziri Yens Şpan pandemiyaların qarşısını almaq üçün beynəlxalq sazişin yaradılmasına çağırıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Y.Şpan təklifini 74-cü Ümumdünya Səhiyyə Assambleyasının açılışından əvvəl açıqlayıb.

“Dövlətlər əməkdaşlıq etmək öhdəliyini üzərilərinə götürməli və ortaq şəkildə qoyulmuş qaydaları yerinə yetirməlidirlər”, – o deyib.

Eyni zamanda, almaniyalı səhiyyə naziri dövlətləri ÜST-yə ianələri artırmağa çağırıb: “Özəl fondların dünyanın ən böyük ölkələrindən daha çox pul ayırması doğru deyil”.

Y.Şpan hazırda “Bill və Melinda Geyts Fondu”nun (Bill & Melinda Gates Foundation) ən böyük donorlardan biri olduğunu vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik forumu zamanı pandemiyaya qarşı qlobal sazişin yaradılmasına baxılacağı gözlənilir.

Xatırladaq ki, sazişin məqsədi dünyada infeksiyaların yayılmasının qarşısını almaq üçün ölkələr arasında məlumat mübadiləsini yaxşılaşdırmaqdır.

Son xəbərlər

Orphus sistemi