Almaniyanın Münster şəhərində insanlara hücumla bağlı xüsusi əməliyyat aparılır - VİDEO

Almaniyanın Münster şəhərində insanlara hücumla bağlı xüsusi əməliyyat aparılır - VİDEO Yük maşınını insanların üzərinə sürmüş sürücü intihar edib
Digər ölkələr
7 Aprel , 2018 20:16
Almaniyanın Münster şəhərində insanlara hücumla bağlı xüsusi əməliyyat aparılır - VİDEO

Bakı. 7 aprel. REPORT.AZ/ Yük maşınının insanların üzərinə sürüldüyü Münster şəhərində (Almaniya) polis xüsusi əməliyyat aparır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, maşının sürücüsü özünü güllələyərək intihar edib.

Mətbuatın məlumatına görə, polis hadisədə iştirak etmiş daha iki nəfəri axtara bilər.

Digər kütləvi informasiya vasitələrinin məlumatına görə, hadisə baş vermiş ərazidə təhlükə aradan qaldırılıb. Məlumat dəqiqləşdirilir.

Son məlumatlara görə, hücum nəticəsində azı 3 nəfər ölüb, daha onlarla insan yaralanıb. Yaralılardan altısının vəziyyəti ağırdır.

Hücum yerli polis tərəfindən terror aktı kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi