Almaniyanın müdafiə naziri təcili olaraq dronların alınmasına çağırıb

Almaniyanın müdafiə naziri təcili olaraq dronların alınmasına çağırıb Almaniyanın müdafiə naziri Kristina Lambrext tez bir zamanda silah daşıya bilən dronların alınmasına çağırıb.
Digər ölkələr
7 Fevral , 2022 04:49
Almaniyanın müdafiə naziri təcili olaraq dronların alınmasına çağırıb
Kristina Lambrext

Almaniyanın müdafiə naziri Kristina Lambrext tez bir zamanda silah daşıya bilən dronların alınmasına çağırıb.

"Report" xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna verdiyi müsahibəsində bildirib.

"Gələcək əməliyyatlarda ən yaxşı müdafiə təmin edilməlidir. Əsgərləri qorumaq üçün silah daşıyan dronlardan istifadə edilə bilər", - Lambrext əlavə edib.

Lambrext deyib ki, Almaniyada hakim koalisiya (Sosial Demokratlar, Yaşıllar və Liberallar) pilotsuz uçan aparatlarından istifadənin mümkünlüyü barədə razılığa gəliblər.

Son illərdə Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı qaynar nöqtələrdə hərbçiləri qorumaq üçün zərbə vuran dronların istifadəsinə icazə verilməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi