Yuxarı

​Almaniyanın keçmiş xarici işlər naziri vəfat edib

Gido Vestervelle 54 yaşında dünyasını dəyişib

Bakı. 18 mart. REPORT.AZ/ Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle 54 yaşında vəfat edib.

"Report" verdiyi xəbərə görə, məlumatı "Westerwelle Foundation" yayıb.

Məlumata görə, G.Vestervelle Köln Universitetinin klinikasında dünyasını dəyişib. Ölümə səbəb kimi leykemiyadan sonra baş vermiş fəsadlar göstərilir.

2001-2011-ci illərdə G.Vestervelle Azad Demokratlar Partiyasının sədri olub. O, 2009-2013-cü illər ərzində Almaniya XİN-ə rəhbərlik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi