​Almaniyanın cənubunda baş verən atışma nəticəsində iki nəfər həlak olub

​Almaniyanın cənubunda baş verən atışma nəticəsində iki nəfər həlak olub Cinayətkar Bavariyanın Ansbah rayonunda insanlara atəş açıb, polis silahlı şəxsi həbs edib
Digər ölkələr
10 İyul , 2015 16:28
​Almaniyanın cənubunda baş verən atışma nəticəsində iki nəfər həlak olub

Bakı. 10 iyul. REPORT.AZ/ Almaniyanın cənubunda baş verən atışma nəticəsində iki nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nürnberq polisi məlumat verib.

İlkin məlumatlara əsasən, cinayət Bavariyanın Ansbah rayonu yaxınlığındakı Tifental yaşayış məntəqəsində baş verib. Polisin məlumatına görə, cinayətkar öz avtomobilindən atəş açaraq 82 yaşlı qadını, sonra isə velosipedçini qətlə yetirib. Bundan əlavə, o, başqalarını da silahla hədələyib. "Bizdə olan məlumata görə, onlar xəsarət almayıb", - polis nümayəndəsi bildirib.

Cinayətkar hadisə yerindən AN-W129 nömrə nişanlı gümüşü rəngdə Mercedes avtomobil ilə qaçmağa müvəffəq olub. Bir qədər sonra, avtomobil Bad-Vindshaym şəhərindəki yanacaqdoldurma məntəqəsində  çevik polis qüvvələri tərəfindən aşkar edilib, cinayətkar isə həbs olunub. "Cinayətin motivləri hələ məlum deyil", - polisdən bildiriblər.

Son xəbərlər

Orphus sistemi