Koronavirus (COVID-19) pandemiyası dövründə Almaniyadan sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı artıb.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, təkcə keçən ay 120 nəfər koronavirus pandemiyası ilə əlaqədər Almaniyaya gəlmədən bu ölkənin Ermənistanda yerləşən səfirliyinə sığınacaq üçün müraciət ediblər.
Bu rəqəm bu ilin sentyabrında 113 nəfər olaraq qeydə alınıb. Onların əksəriyyəti ailə birləşməsi proseduru üçün müraciət edənlər olublar. Son iki ildə isə 17 min erməni Ermənistan vətənşdaşlığından imtina edərək yaşadıqları ölkələrin, xüsusilə Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları, İngiltərə, Niderland Krallığı və s. dövlətlərin vətəndaşlığını qəbul ediblər.
Məlumat üçün bildirək ki, hazırda Almaniyada 300 mindən çox erməninin yaşadığı deyilir. Onlar əsasən Köln, Hamburq, Berlin və Münhendə kompakt şəkildə məskunlaşıblar. Ən böyük erməni icması Köln və Hamburq şəhərlərində, əsasən qaçqın statusu alaraq Almaniyaya gələn Ermənistan vətəndaşlarından ibarət cinayətkar qruplar isə Erfrut, Berlin, Leypsik və Halle şəhərlərində fəaliyyət göstərirlər.