Yuxarı

​Almaniyada yolların ödənişli olması haqqında qanun qəbul edilib

Qanun 2016-cı ildən tətbiq edilməyə başlanacaq

Bakı. 27 mart. REPORT.AZ/ Almaniya Bundestaqı cümə günü minik avtomobilləri üçün yol rüsumları haqqında qanun layihəsi qəbul edib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, sənədə görə şosse yolları və avtobanlar ilə hərəkət gələn ildən etibarən ödənişli olacaq.

Qanun layihəsinin lehinə 433 deputat, əleyhinə isə 128 deputat səs verib, 6 nəfər bitərəf qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi