Almaniyada yol qəzası nəticəsində 21 uşaq xəsarət alıb

Almaniyada yol qəzası nəticəsində 21 uşaq xəsarət alıb Almaniyada avtobus ilə minik avtomobilinin toqquşması nəticəsində iki böyük və 21 uşaq xəsarət alıb.
Digər ölkələr
8 İyun , 2019 04:37
Almaniyada yol qəzası nəticəsində 21 uşaq xəsarət alıb

Almaniyada avtobus ilə minik avtomobilinin toqquşması nəticəsində iki böyük və 21 uşaq xəsarət alıb.

"Report" "Stuttgarter Zeitung" nəşrinə istinadən xəbər verir ki, qəza Arnştadt şəhəri yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

Hadisə zamanı avtobusda ümumilikdə 50-yə yaxın uşaq olub. Xəsarət alan böyüklər minik maşınında olublar.

İlkin məlumatlara görə, minik maşınının sürücüsü avtobusun manevrini düzgün qiymətləndirə bilməyib və qarşı-qarşıya toqquşmaya səbəb olub. Avtomobil zərbədən yol kənarına düşüb.

Son xəbərlər

Orphus sistemi