Almaniyada yeni hökumət iştirakçıları koalisiya sazişi imzalayıb

Almaniyada yeni hökumət iştirakçıları koalisiya sazişi imzalayıb Almaniya Sosial Demokrat Partiyası (SDP), Alyans-90/Yaşıllar Partiyası və Azad Demokrat Partiyası liderləri son bir neçə aydır hazırlanan koalisiya sazişini imzalayıblar.
Digər ölkələr
7 Dekabr , 2021 13:18
Almaniyada yeni hökumət iştirakçıları koalisiya sazişi imzalayıb

Almaniya Sosial Demokrat Partiyası (SDP), Alyans-90/Yaşıllar Partiyası və Azad Demokrat Partiyası liderləri son bir neçə aydır hazırlanan koalisiya sazişini imzalayıblar.

“Report” xəbər verir ki, imzalanma mərasimi yerli telekanallar tərəfindən canlı göstərilib.

Gözlənildiyi kimi, yeni koalisiyanın başçısı, SDP sədri Olaf Şolts dekabrın 8-də bundestaq tərəfindən kansler vəzifəsinə təsdiqlənəcək, hökumət üzləri də müvafiq qaydada and içəcəklər.

Eyni zamanda, hazırda vəzifələrini icra edən Angela Merkel hökumətinin üzvləri işləri ilə vidalaşacaqlar.

Son xəbərlər

Orphus sistemi