Son sutkada Almaniyada koronavirusdan (COVID-19) 10 nəfər ölüb, 815 yeni yoluxma faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 9 111, yoluxanların sayı 204 183 nəfərə çatıb.
Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 50 112 nəfər yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.