Bakı. 16 aprel.REPORT.AZ/Almaniyada keçirilən toy mərasimi zamanı partlayış baş verib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Partlayışın Şimali Reyn-Festvaliyada keçirilən hind toy mərasimində baş verdiyi bildirilir. "Bild" nəşrinin yaydığı məlumata görə, hadisə Essendə olub.
Yaralıların vəziyyəti ağırdır. Partlayışın səbəbi və insidentin təfərrüatı ilə bağlı araşdırmalar aparılır.