Yuxarı
    Bağlamaq

    Almaniyada terror hazırlanmasında şübhəli bilinən üç nəfər saxlanılıb

    Əməliyyat çərçivəsində axtarışlar Berlində, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya federal ərazilərində keçirilib

    Bakı. 4 fevral. REPORT.AZ/ Almaniya polisi İŞİD terror qruplaşmasının üzvlərinə qarşı keçirdiyi xüsusi əməliyyatda terror aktlarının hazırlanmasında şübhəli bilinən üç nəfəri saxlayıb.

    "Report" "Bild"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində axtarışlar Berlində, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya federal ərazilərində keçirilib.

    Polisin məlumatına görə, saxlanılanların ikisi kişi, biri qadındır.

    "Bild" şübhəlilərin Əlcəzairdən gələnlər olduğunu yazıb. Məlumata görə, onlardan biri analoji şübhə ilə vətənində də axtarışdadır. Həmin şəxsin Suriyaya hərbi hazırlıq keçdiyi ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi