Yuxarı

​Almaniyada təqribən 700 nəfər qaçqın düşərgəsindən qaçıb

Əcnəbilər öz qohumları və tanışlarıgilə üz tutublar

Bakı. 24 oktyabr. REPORT.AZ/ Son bir neçə gün ərzində təqribən 700 qaçqın Almaniyanın Aşağı Saksoniya federal torpaqlarında yerləşən ilkin paylaşdırma mərkəzlərini özbaşına tərk ediblər.

“Report” xəbər verir ki, bu barədə “Neue Osnabrücker Zeitung” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, əcnəbilər artıq Almaniyada və ya digər Avropa İttifaqı ölkələrində yaşayan qohumları və tanışlarıgilə gediblər. Bununla belə düşərgələrdən qaçanların dəqiq sayını və adlarını açıqlamaq mümkün deyil. Çünki onlar qaçqın kimi qeydiyyatdan keçməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi