Almaniyada təhlükəsizlik tədbirləri artırılıb

Almaniyada təhlükəsizlik tədbirləri artırılıb Vyadakı terror hücumundan sonra qonşu Almaniyada da təhlükəsizlik tədbirləri artırıldı.
Digər ölkələr
3 Noyabr , 2020 13:50
Almaniyada təhlükəsizlik tədbirləri artırılıb

Vyadakı terror hücumundan sonra qonşu Almaniyada da təhlükəsizlik tədbirləri artırıldı.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Federal Polisin mətbuat xidmətindəki mənbə bildirib ki, əsas etibarilə daxili sərhədlərdə (yəni Şengen zonası ölkələrilə sərhədlərdə), habelə dəmir yolu nəqliyyatında əməliyyat-axtarış tədbirləri gücləndirilib.

AFP xəbər verir ki, bundan əvvəl Almaniya Federal Polisi (BMİ) Avstriya sərhədindəki nəzarəti artırıb. BMİ sözçüsü həmin sərhədin “taktiki öncüllük” təşkil etdiyini bildirib.

Xatırladaq ki, bu gün Vyanada İŞİD təəssübkeşi olduğu güman edilən bir nəfər dörd vətəndaşı qətlə yetirmiş, sonra isə polis tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi