Almaniyada siyasi motivli cinayətlərin sayında artım qeydə alınıb

Almaniyada siyasi motivli cinayətlərin sayında artım qeydə alınıb 2020-ci ildə 44 034 siyasi motivli cinayət hadisəsi qeydə alınıb
Digər ölkələr
15 Mart , 2021 14:41
Almaniyada siyasi motivli cinayətlərin sayında artım qeydə alınıb

Almaniyada siyasi motivli cinayətlərin sayında artım olub.

Almaniya Federal Daxili İşlər Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumata görə, 2020-ci ildə 44 034 siyasi motivli cinayət hadisəsi qeydə alınıb.

Cinayət hadisələrinin 3 354-də şəxslər orta və ağır olmaqla xəsarət alıblar. Nazirliyin məlumatında qeyd olunur ki, bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir, 44 034 cinayətdən 23 400-ü sağ, 11 mini sol yönümlü radikal qruplar tərəfindən törədilib. Bundan əlavə, 8 min cinayətin mənşəyinin müəyyən edilə bilmədiyi, qalan əməllərin isə xarici və ya dini ideologiyadan qaynaqlandığı vurğulanıb.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ilə antisemitizm motivli cinayətlər də rekord həddə çatıb. Belə ki, keçən il Almaniyada antisemitizm motivli 56 cinayət hadisəsi qeydə alınıb. Onların 51-nin qəsdən sağlamlığa xəsarət yetirmə cinayətləri olduğu bildirilib.

Məlumat üçün bildirək ki, Almaniyada siyasi motivli cinayətlər 2001-ci ildən bəri ayrıca bir kateqoriya kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi