Almaniyada silahlı hücum olub, xəsarət alanlar var

Almaniyada silahlı hücum olub, xəsarət alanlar var Almaniyanın Oberhauzen (Şimali Reyn-Vestfaliya federal ərazisi-red) şəhərində soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Digər ölkələr
20 Noyabr , 2020 02:47
Almaniyada silahlı hücum olub, xəsarət alanlar var

Almaniyanın Oberhauzen (Şimali Reyn-Vestfaliya federal ərazisi-red) şəhərində soyuq silahla silahlanmış kişinin hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə "Report" "Westdeutsche Allgemeine Zeitung" qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00-red) olub. Məlumata görə, insanlara hücum etmiş şəxs saxlanılıb. O, yaxalanma zamanı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, hazırda intensiv terapiya bölməsindədir. Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

Məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Hücumun başvermə şəraiti açıqlanmır. Şəhər polisi araşdırma aparılması üçün Essen şəhərindən əlavə qüvvələr istəyib.

Son xəbərlər

Orphus sistemi