Almaniyada sel qurbanlarının sayı 93-ə yüksəlib - YENİLƏNİB

Almaniyada sel qurbanlarının sayı 93-ə yüksəlib - YENİLƏNİB Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib.
Digər ölkələr
16 İyul , 2021 12:57
Almaniyada sel qurbanlarının sayı 93-ə yüksəlib - YENİLƏNİB

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 93 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Reynland-Pfals torpağının Baş naziri Malu Drayerin sözlərinə görə, fəlakətin miqyasının hələ dəyərləndirmək tez olduğunu söyləyib.

Bildirilib ki, xəsarət alanların axtarışı üçün bundesver 900-ə yaxın hərbçi göndərib.

10:06

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Koblens şəhər Polis İdarəsinin nümayəndəsi Reyland-Pfals Federal torpağında 50 nəfərin, Şimali reyn-Bestfalidə isə 30 nəfərin öldüyünü bildirib.

Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.

Bir müddət əvvəl 58 nəfərin təbii fəlakətin qurbanı olduğu barədə məlumatı yayılmışdı.

Almaniya kansleri Angela Merkel zərərçəkənlərə maddi yardım ediləcəyini bildirib.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

Son xəbərlər

Orphus sistemi