Almaniyada polis qatarda bıçaqla sərnişini yaralamış şəxsi güllələyib

Almaniyada polis qatarda bıçaqla sərnişini yaralamış şəxsi güllələyib Bakı. 31 may. REPORT.AZ/ Almaniya polisi Köln şəhərindən ölkənin şimalına gedən qatarın sərnişinlərindən birini bıçaqla yaralamış kişini zərərsizləşdirib.
Digər ölkələr
31 May , 2018 03:58
Almaniyada polis qatarda bıçaqla sərnişini yaralamış şəxsi güllələyib

Bakı. 31 may. REPORT.AZ/ Almaniya polisi Köln şəhərindən ölkənin şimalına gedən qatarın sərnişinlərindən birini bıçaqla yaralamış kişini zərərsizləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Bild" nəşri yazıb.

Onun məlumatına görə, hücum haqqında məlumat qatar Flensburq şəhər vağzalına gələn zaman daxil olub. Hakimiyyət nümayəndələri vaqonda olan kişiyə yaxınlaşanda o, qanun keşikçilərindən birinə hücum edib. Bundan sonra digər polis şübhəli şəxsə atəş açıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi