Almaniyada partlayış olub, 5 nəfər itkin düşüb - YENİLƏNİB

Almaniyada partlayış olub, 5 nəfər itkin düşüb - YENİLƏNİB Almaniyanın cənubunda yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Leverkuzen şəhərindəki poliqonunun ərazisində partlayış olub.
Digər ölkələr
27 İyul , 2021 15:01
Almaniyada partlayış olub, 5 nəfər itkin düşüb - YENİLƏNİB

Almaniyanın Leverkuzen şəhərindəki kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 5 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Bildirilib ki, Almaniya hökuməti mülki insanları qorumaq məqsədilə partlayışın “fövqəladə təhlükəli” olması barədə xəbərdarlıq edib.

13:08

Almaniyanın cənubunda yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Leverkuzen şəhərindəki zibil poliqonunun ərazisində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı “Rheinische Post” qəzeti yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Hadisənin Almaniyanın “Bayer” kimyəvi-farmokoloji şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Bu, Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.

Son xəbərlər

Orphus sistemi