Almaniyada naməlum şəxs idman zalına daxil olaraq 4 nəfəri bıçaqlayıb

Digər ölkələr
  • 18 aprel, 2023
  • 18:52
Almaniyada naməlum şəxs idman zalına daxil olaraq 4 nəfəri bıçaqlayıb

Almaniyanın Duysburq şəhərində naməlum şəxs idman zallarından birinə daxil olaraq 4 nəfəri bıçaqlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisdəki mənbələrə istinadən Bild qəzeti yazıb.

Hücum edən şəxs ərazidən uzaqlaşa bilib, hadisənin motivləri barədə məlumat verilməyib.

Qeyd olunub ki, hadisəni törədən iki nəfər ola bilər.

Hüquq-mühafizə orqanları yalnız şəhərin mərkəzində polisin keçirdiyi əməliyyatla bağlı rəsmi məlumat verib.