Almaniyada məhkəmə binası yaxınlığında baş vermiş silahlı insidentə görə 2 nəfər saxlanılıb

Digər ölkələr
  • 27 fevral, 2025
  • 06:03
Almaniyada məhkəmə binası yaxınlığında baş vermiş silahlı insidentə görə 2 nəfər saxlanılıb

Polis Almaniyanın qərbindəki Bilefeld şəhərinin mərkəzində (Şimali Reyn – Vestfaliya federal torpağı) silahlı insidentdə iştirak etdiklərindən şübhəli bilinən iki nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Focus Online” portalı məlumat yayıb.

Onun məlumatına görə, üçüncü şübhəlinin axtarışı davam edir. Lakin saxlanılan iki nəfərin cinayətdə iştirakı hələlik təsdiqlənməyib. Bundan başqa, cinayətdə istifadə oluna biləcək mümkün silah da tapılıb. Polis məlumatlarına əsasən, hadisə nəticəsində dörd nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, çərşənbə günü Bilefelddə məhkəmə binasının yaxınlığında naməlum şəxs tərəfindən atəş açılıb. Hadisə peşəkar boksçu Besar Nimaninin qətl işinə dair dinləmələr zamanı baş verib. Hələlik hadisədə neçə nəfərin iştirak etdiyi müəyyənləşdirilməyib.

İdmançının qətlində təqsirləndirilən Hüseyn Akkurt 2024-cü ilin iyununda Brüsseldə saxlanılıb. Onun iki ehtimal olunan cinayət ortağı isə hələ də qaçaqdır.

44 filmi