Almaniyada maral uşaqlı qadına hücum edib

Almaniyada maral uşaqlı qadına hücum edib Heyvan ayaqlarını qaldıraraq qadına zərbə endirib
Digər ölkələr
3 Dekabr , 2017 20:24
Almaniyada maral uşaqlı qadına hücum edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniyanın Elrix şəhərinin küçələrindən birində maralın hücumu nəticəsində qadın xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən TASS məlumat yayıb.

Polisin məlumatına görə, qadın uşaqları ilə şəhərdə gəzirmiş. Bu zaman onların qarşısına üzərində işıqqaytaran jilet olan maral çıxıb. Uşaqlar onu Santa-Klausun marallarından hesab etdikləri üçün qorxmayıblar. Maral onlara tərəf gəldikdə isə qadın özünü uşaqların qarşısına verib. Heyvan ayaqlarını qaldıraraq ona zərbə endirib.

Hadisədən bir qədər sonra polis maralı yaxalaya bilib. Heyvan şəhər yaxınlığındakı qoruğa yerləşdirilib. Lakin polis işıqqaytaran jiletin maralın əyninə kim tərəfindən və ya necə geyindirildiyini müəyyən edə bilməyib.

Son xəbərlər

Orphus sistemi