Almaniyada koronavirusla bağlı son statistika

Almaniyada koronavirusla bağlı son statistika Almaniyada son bir gündə koronavirusa daha 239 yoluxma qeydə alınıb, virusdan 2 nəfər ölüb.
Digər ölkələr
788
5 İyul , 2020 09:15
Almaniyada koronavirusla bağlı son statistika

Almaniyada son bir gündə koronavirusa daha 239 yoluxma qeydə alınıb, virusdan 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-a ümumilikdə 196 335 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 9 012 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 181,3 min insan sağalıb.

AFR-də təhlükəli virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 48 665 nəfərin koronavirus testinin nəticəsi müsbət olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.