Almaniyada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü Almaniyada ötən sutkada 933 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
12 May , 2020 09:13
Almaniyada koronavirusdan ölənlərin sayı 7 500-ü ötdü
0 : 00
0 : 00

Almaniyada ötən sutkada 933 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 170 508-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 116 nəfər artaraq 7 533-ə çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 147 mini ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi