Almaniyada koronavirusa yoluxanların sayı 186 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 186 mini ötdü Almaniya Federativ Respublikasında (AFR) son gündə koronavirusdan daha 18 nəfər ölüb.
Digər ölkələr
13 İyun , 2020 07:59
Almaniyada koronavirusa yoluxanların sayı 186 mini ötdü

Almaniya Federativ Respublikasında (AFR) son gündə koronavirusdan daha 18 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-un statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə təhlükəli virusa yoluxma ilə bağlı qeydə alınanların sayı 348 nəfər artıb.

Qeyd edilir ki, bir gün əvvəl virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 258, ölüm halları 8 təşkil edib.

AFR-də ümumilikdə yeni koronavirusa 186 022 yoluxma aşkarlanıb. Qərbi Avropa ölkəsində epidemiyanın başlanğıcından COVID-19-dan 8 781 pasiyent ölüb.

Virusa ən çox yoluxma halları Bavariyada (47 612) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 137) və Baden-Vürtemberqdə (35 090) on minlərlə insan COVID-19-a yoluxub. Paytaxt Berlində isə 7 252 yoluxma aşkarlanıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi