Almaniyada koronavirusa yoluxanların sayı 178,3 minə çatır

Almaniyada koronavirusa yoluxanların sayı 178,3 minə çatır Almaniyada koronavirusa bir gündə 431 yoluxma halı qeydə alınıb.
Digər ölkələr
24 May , 2020 08:16
Almaniyada koronavirusa yoluxanların sayı 178,3 minə çatır

Almaniyada koronavirusa bir gündə 431 yoluxma halı qeydə alınıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 31 insan virusdan ölüb.

İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 178 281 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 247 pasiyent ölüb.

Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 206 nəfərin virusa yoluxması təsdiqlənib. Şimali Reyn-Vestfaliyada 37 223, Baden-Vürtemberqdə 34 399 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 637 yoluxma qeydə alınıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirusa demək olar 5,4 milyon insan yoluxub, 343,5 min pasiyent virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi