Almaniyada koronavirusa qarşı peyvənd məcburi olacaq

Almaniyada koronavirusa qarşı peyvənd məcburi olacaq Almaniyanın bütün 16 federal əyalətinin baş nazirləri ölkədə koronavirusa qarşı universal məcburi vaksinasiyanın tətbiqini dəstəkləyib.
Digər ölkələr
8 Yanvar , 2022 03:17
Almaniyada koronavirusa qarşı peyvənd məcburi olacaq

Almaniyanın bütün 16 federal əyalətinin baş nazirləri ölkədə koronavirusa qarşı universal məcburi vaksinasiyanın tətbiqini dəstəkləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts regionların rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Bundestaq yaxın vaxtlarda bu məsələni müzakirə edəcək.

Şolts deyib ki, Almaniyada peyvəndin əhatə dairəsi çox yüksək deyil.

Kanslerin sözlərinə görə, hökumət "omikron" ştamının sürətlə yayılması səbəbindən ölkədə yeni koronavirus infeksiyası hallarının sayının artacağını gözləyir və vətəndaşları peyvənd etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi