Almaniyada koronavirusa 5-ci yoluxma hadisəsi aşkarlanıb

Almaniyada koronavirusa 5-ci yoluxma hadisəsi aşkarlanıb Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi aşkarlanıb.
Digər ölkələr
31 Yanvar , 2020 06:02
Almaniyada koronavirusa 5-ci yoluxma hadisəsi aşkarlanıb

Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, beləliklə, ölkədə koronavirusa yoluxanların sayı beş nəfərə çatıb.

Regional Səhiyyə Nаzirliyi bildirib ki,  qeydə alınmış yoluxma hadisələrin ümumi sayı Bavariyada beş nəfər təşkil edir. Onların hamısı bir şirkətdə işləyirlər. 

Söhbət “Webasto” şirkətindən gedir. Daha əvvəl şirkətin 4 əməkdaşına 2019-nCoV virusu diaqnozu qoyulub. Onlardan biri bu virusa Çin vətəndaşından yoluxub. Şirkətin əməkdaşı ixtisasartırma kursunda iştirak edib.

Qeyd edilir ki, hazırda həkimlər təxminən 110 nəfəri müayinə edirlər. 

Son xəbərlər

Orphus sistemi