Almaniyada koronavirus 9 minə yaxın şəxsi öldürdü

Almaniyada koronavirus 9 minə yaxın şəxsi öldürdü Son sutkada Almaniyada yeni tip koronavirusdan (COVID-19) 12 nəfər ölüb, 498 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
171
30 İyun , 2020 08:32
Almaniyada koronavirus 9 minə yaxın şəxsi öldürdü

Son sutkada Almaniyada yeni tip koronavirusdan (COVID-19) 12 nəfər ölüb, 498 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8 973, yoluxanların sayı 194 259 nəfərə çatıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 48 400 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 43 066, Baden-Vürtemberqdə 35 620 təşkil edir. Berlində COVID-19-a 8 220 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi