​Almaniyada etiraz aksiyası zamanı 30-dan çox polis yaralanıb

​Almaniyada etiraz aksiyası zamanı 30-dan çox polis yaralanıb Aksiya Haydenau şəhərində keçirilib
Digər ölkələr
22 Avqust , 2015 23:45
​Almaniyada etiraz aksiyası zamanı 30-dan çox polis yaralanıb

Bakı. 22 Avqust. REPORT.AZ/ Almaniyanın Saksoniya torpaqlarında miqrantlara qarşı keçirilən etiraz aksiyası zamanı ən azı 31 polis əməkdaşı xəsarət alıb.

“Report” “Welt”ə istinadən xəbər verir ki, etirazlar cümə günü axşam Haydenau şəhərində keçirilib.

Aksiyada təqribən min nəfər, o cümlədən uşaq arabası ilə gələn qadınlar iştirak ediblər. Mitinqə, həmçinin ultrasağçı Almaniya Xalq Demokratik Partiyasının nümayəndələri qatılıblar. Nəşrin məlumatına görə, bəzi etirazçılar nasist himnləri səsləndiriblər. Etiraz aksiyasının keçirilməsinə miqrantların müvəqqəti olaraq Drezdendə 2013-cü ildən bu yana fəaliyyət göstərməyən tikinti bazarına yerləşdirilməsi qərarı səbəb olub.

Nümayiş yerinə ümumilikdə 136 polis zabiti cəlb olunub. Qanun keşikçiləri aksiya iştirakçılarının polisə daş və butulka atmasına cavab olaraq gözyaşardıcı qaz tətbiq ediblər.

Son xəbərlər

Orphus sistemi