Almaniyada COVID-19-a yoluxma sayı artır

Almaniyada COVID-19-a yoluxma sayı artır Son sutkada Almaniyada COVID-19 infeksiyasına 50 196 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək yeni maksimum göstəricidir.
Digər ölkələr
11 Noyabr , 2021 10:00
Almaniyada COVID-19-a yoluxma sayı artır

Son sutkada Almaniyada COVID-19 infeksiyasına 50 196 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək yeni maksimum göstəricidir.

“Report” TASS-a istinadən xəbər verir ki, gün ərzində 235 nəfər koronavirus xəstəsi ölüb. Bununla da, pandemiya dövründə bu səbəbdən ölənlərin sayı 97 198 nəfərə çatıb.

Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını bildirmişdi. Almaniya kansleri vəzifələrinin icraçısı Angela Merkel koronavirusa yoluxmada artımın qarşısını almaq üçün peyvəndləmə templərinin kifayət qədər yüksək olmadığını bildirib.

Onun sözlərinə görə, ölkədə peyvəndləmə səviyyəsi 75%-dən aşağıdır.

Son xəbərlər

Orphus sistemi