Almaniyanın Baş Prokurorluğu Bundestaqa seçkilər ərəfəsində hakerlərin törətdiyi kiberhücumlarla bağlı təhqiqata başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin Xristian Demokratik İttifaqı və Xristian Sosialist İttifaqının deputatlarının, bir neçə sosial-demokratın sosial hesabları genişmiqyaslı şəbəkə hücumuna məruz qalıb.
Ümumilikdə Bundestaqın 7, əyalət parlamentinin 31 üzvü kiberhücumlara məruz qalıb.
Kiberhücumların "Ghostwriter" qrupu tərəfindən həyata keçirildiyi güman olunur.
Qeyd edək ki, Bundestaqa seçkilər sentyabrın 26-na təyin edilib. Hazırkı kansler Angela Merkel seçki kampaniyasında iştirak etmir. Xristian-Demokrat İttifaqının namizədi Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Armin Laşetdir.