Bakı. 21 noyabr. REPORT.AZ/ Almaniyanın Baden-Vuttemberg əyalətinin Baden bölgəsinin Karlsure şəhərində üçmərtəbəli binanın ikinci mərtəbəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin hüquq-mühafizə orqanlarının təmsilçiləri partlayışın texniki nasazlıqdan baş vermədiyini bildiriblər.
Partlayışdan sonra baş verən yanğın söndürülüb. Binadakı sakinlər təxliyə olunub.