Bakı. 20 oktyabr. REPORT.AZ/ Almaniyada baş verən iki böyük yanğın nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.
Məlumata görə, birinci yanğın hadisəsi Gessen federal torpağının Qudensberq şəhərciyində baş verib. Yerli polis bildirib ki, hadisə nəticəsində 5 nəfər ciddi, 7 nəfər isə yüngül yaralanıb. Həmin binada əsasən, Bolqarıstan və Polşadan olan insanlar yaşayırmış. Yanğının başvermə səbəbi isə hələ müəyyənləşdirilməyib.
İkinci yanğın isə Baden-Vyüremberq federal torpağının Pfortsxaym şəhərində baş verib. Orada da yanğın yaşayış binasında olub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Polis hadisənin başvermə səbəblərini araşdırır.