Almaniyanın paytaxtı Berlində erməni əsilli 29 yaşlı sürücü avtomobilini yoldan keçənlərin üzərinə sürüb, nəticədə bir qrup məktəbli zərər çəkib.
“Report” xəbər verir ki, bu barədə Almaniya paytaxtının polisi məlumat yayıb.
"Son məlumatlara görə, zərərçəkənlər arasında Hessen federal əyalətindən olan 14 məktəbli var. Onların müəllimi dünyasını dəyişib", - xəbərdə deyilir.
Cinayəti törədən şəxs erməni əsillidir. O, yoldan keçənlər tərəfindən hadisə yerindəcə saxlanılıb və polis tərəfindən dindirilir.
Sürücünün cinayəti qəsdən törətdiyi bildirilir, lakin siyasi motivlər hələ tapılmayıb. Cinayətin motivləri ilə bağlı rəsmi məlumat hələ yayılmayıb.
Almaniyanın paytaxtı Berlinin qərbində avtomobilin insan kütləsinin üzərinə sürülməsi nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
“Report” DPA-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin yerli əməkdaşları məlumat verib.
Bildirilib ki, hadisə iyunun 8-də Berlində, Vilhelm xatirə kilsəsinin yaxınlığındakı Braytşaydplasda baş verib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanlıb.
Qeyd edək ki, 2016-cı ilin dekabrında Braytşaydplas meydanında İŞİD terrorçularının yük maşını ilə hücumu nəticəsində 13 nəfər ölmüşdü.