Almaniyada avtomobil insanların üzərinə gedib, 6 yaralı var

Almaniyada avtomobil insanların üzərinə gedib, 6 yaralı var Hadisə Kuksxafen şəhərində baş verib
Digər ölkələr
26 Noyabr , 2017 14:55
Almaniyada avtomobil insanların üzərinə gedib, 6 yaralı var

Bakı. 26 noyabr. REPORT.AZ/ Almaniyanın Kuksxafen şəhərində avtomobil bir qrup piyadanın üzərinə gedib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Oldenburq polisinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin səbəblərinin hələ ki, məlum olmadığı və hazırda söhbətin terror aktından getmədiyi bildirilir. 

Həmçinin qeyd olunur ki, avtomobilin sükanı arxasında kişi olub, yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi