Almaniyada avtobus bank binasına çırpılıb, xəsarət alanlar var

Digər ölkələr
  • 05 yanvar, 2018
  • 00:19
Almaniyada avtobus bank binasına çırpılıb, xəsarət alanlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Almaniyada sərnişin avtobusu bank binasına çırpılıb.

"Report" xəbər verir ki, bu barədə "Süedkurier" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Alsdorf şəhərində baş verib. Belə ki, sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus 4 avtomobilə və banka çırpılıb.

Hadisə zamanı 4 nəfər xəsarət alıb.

44 filmi