Almaniyada "Auşvits" konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib

Almaniyada "Auşvits" konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın Konstitusiya Məhkəməsi Auşvits konslagerinin (faşistlərin həbs düşərgəsinin - red) sabiq əməkdaşı Oskar Qreninqin apellyasiya şikayətini rədd edib.
Digər ölkələr
29 Dekabr , 2017 21:46
Almaniyada Auşvits konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın Konstitusiya Məhkəməsi "Auşvits" konslagerinin (faşistlərin həbs düşərgəsinin - red) sabiq əməkdaşı Oskar Qreninqin apellyasiya şikayətini rədd edib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hökmə əsasən 96 yaşlı kişi həbsxanaya göndərilib. Qreninq "Auşvits"də mühasib işləyib. O, həbs düşərgəsinin dustaqlarından götürülmüş vasitələrin hesablamasını aparıb.

Qreninq 2015-ci ildə də həbs cəzasına məhkum edilib. Məhkəmə onu 300 mindən çox insanın qətlinə kömək etməkdə müqəssir bilib. Ancaq onun müdafiəçiləri Qreninqin sağlıq durumu və yaşına görə cəza möhlətini tələb ediblər.

Keçmiş mühasib özü təqsirini etiraf edib. 

Son xəbərlər

Orphus sistemi