Almaniyada antiterror əməliyyatları keçirilir, məscidlərdə axtarış aparılır

Almaniyada antiterror əməliyyatları keçirilir, məscidlərdə axtarış aparılır Polis əməkdaşları 45 obyektdə axtarış həyata keçirir
Digər ölkələr
1 Fevral , 2017 10:56
Almaniyada antiterror əməliyyatları keçirilir, məscidlərdə axtarış aparılır

Bakı. 1 fevral. REPORT.AZ/ Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hessen federal torpağında terror qruplaşmalarının qollarının aşkarlanmasına yönəlmiş əməliyyat keçirir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli nəşrlərin məlumatına görə, əməliyyat yerli vaxtla səhər saat 04:00-da başlayıb. Polis əməkdaşları 45 obyektdə, o cümlədən Frankfurtda, Offenbaxda və Visbadendə axtarış həyata keçirir. Əməliyyat keçirilən obyektlər arasında məscidlər, fərdi evlər və ofislər də var.

Qeyd edək ki, yanvarın 31-də Berlində İŞİD terror qruplaşması ilə yaxın əlaqələri olan üç şübhəli radikal saxlanılıb.

Son xəbərlər

Orphus sistemi