Almaniyada AES-lərin sayı azaldılır

Almaniyada AES-lərin sayı azaldılır Almaniya hökuməti ölkədə fəaliyyət göstərən atom elektrik stansiyalarının (AES) sayı azaldılır.
Digər ölkələr
31 Dekabr , 2021 20:22
Almaniyada AES-lərin sayı azaldılır

Almaniya hökuməti ölkədə fəaliyyət göstərən atom elektrik stansiyaların (AES) sayını azaldır.

"Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Brokdorf (Şlezviq-Holşteyn), Qrond (Aşağı Saksoniya) və Qundremmingendəki (Bavariya) atom elektrik stansiyaları gecə yarısına qədər fəaliyyətini dayandıracaq.

Bununla da, sabahdan etibarən ölkədə (Bavariya, Baden-Vürtemberq və Aşağı Saksoniya) üç atom elektrik stansiyası qalacaq.

Onların da bir ildən sonra fəaliyyətini dayandıracağı deyilir.

Mütəxəssislərin fikrincə, bərpa olunan mənbələrə keçid zamanı Almaniyanın dinc atom və kömürdən imtina etməsi fonunda təbii qazın rolu artacaq.

Son xəbərlər

Orphus sistemi